Bank Of Baku

«Aqrarkredit» bu ilin üç rübünü 556 min manat mənfəətlə başa vurub

«Aqrarkredit» bu ilin üç rübünü 556 min manat mənfəətlə başa vurub
# 16 oktyabr 2012 11:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatının aktivləri 2012-ci ilin oktyabrın 1-nə 27,1 mln. manat, kredit portfeli isə 16,5 mln. manat təşkil edib. «Aqrarkredit»dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünün sonuna təşkilatın məcmu kapitalı 20,1 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,6 mln. manat olub.

Cari ilin yanvar-sentyabr aylarında təşkilat tərəfindən Kənd Yerlərinin Kreditləşməsi xətti ilə 566 sahibkarlıq subyektinə və 564 borcalan qrupuna 6,3 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 3,4 mln. manat, bitkiçiliyin inkişafına 0,5 mln. manat, ticarət və xidmət sahələrinə 2,3 mln. manat, digər sahələrə 0,1 mln. manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına isə 218 sahibkarlıq subyektinə 2 mln. manat kredit verilib.

Həmin dövr ərzində Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondunun (IFAD) maliyyələşdirdiyi Şimal-Şərq İnkişaf Layihəsinin davamı olaraq Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında sahibkarlıq subyektlərinə və borcalan qruplarına 266,0 min manat və bu Fondun maliyyələşdirdiyi digər Şimal-Qərb İnkişaf Layihəsi çərçivəsində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında 750 fərdi sahibkara və borcalan qrupuna 2,1 mln. manat kredit verilib.

Cari ilin 9 ayı ərzində Yaponiya hökumətinin qrantı və Tərəfdaşlıq Fondu hesabına ötən illərdə lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş kənd təsərrüfatı texnikasının istifadəsindən Tərəfdaşlıq Fondunun hesabında 217,5 min manat vəsait toplanıb.

Qeyd edək ki, 2012-ci ilin yanvar-sentyabr aylarında «Aqrarkredit»in gəlirləri 3,182 mln. manat, xərcləri isə 2,626 mln. manat olub. Nəticədə, təşkilat bu ilin 9 ayını 555,6 min manat mənfəətlə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR