Bank Of Baku

«Standard Insurance» şirkətinə müddətsiz lisenziya verib

«Standard Insurance» şirkətinə müddətsiz lisenziya verib
# 16 oktyabr 2012 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Standard Insurance» şirkətinə müddətsiz lisenziya verilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, şirkətə əvvəllər verilmiş lisenziyanın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar «Standard Insurance» şirkətinə Maliyyə Nazirliyinin müvafiq əmri ilə sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verilib.

Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakıda və regionda iki nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard Insurance Georgia» adlı törəmə müəssisəsi fəaliyyət göstərir. Hazırda şirkət 3 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR