Bank Of Baku

«Kapital Bank» yeni plastik kartların təqdimatını keçirib

«Kapital Bank» yeni plastik kartların təqdimatını keçirib
# 17 oktyabr 2012 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC Azərbaycanda ilk dəfə olaraq «Affinty» plastik kartlarını təqdim edib. «APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün bank yeni kart məhsulunun təqdimatını keçirib.

Yerli və xarici şirkətlərin nümayəndələri, incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirə talassemiyalı uşaqlar da dəvət edilib. Tədbirdə uşaqlar arasında rəsm müsabiqəsi keçirilib, üç ən yaxşı rəsm əsərinin müəllifi «Kapital Bank»dan qiymətli hədiyyələr, o cümlədən «Notebook», «DVD-player» və fotoaparat qazanıblar. Qonaqlara həmçinin «Affinty» kartlarını elə mərasim gedişində on-line rejimində sifariş etmək imkanı yaradılıb.

«Kapital Bank»ın marketinq şöbəsinin müdiri Vəfa Kələntərlinin sözlərinə görə, «Kapital Bank» «Affinty» kartlarını «Visa International» və «Savab Dünyası» Talassemiya Assosiasiyası ilə birgə təşkil edilmiş xeyriyyə aksiyası çərçivəsində buraxıb. «Hər qəlbdə yerimiz olsun!» devizi altında keçirilən aksiya zamanı bank kartların satışından əldə olunan gəlirlərin bir hissəsindən imtina edəcək. «Visa Classic», «Visa Gold» və «Visa Platinum» kartları üzrə illik xidmət haqlarının 50%-i talassemiyalı körpələrin müalicəsi üçün «Savab Dünyası» Talassemiya Assosiasiyasının hesabına köçürüləcək», - deyə V.Kələntərli qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR