IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks sentyabr ayında istehsal edilmiş məhsulun dəyəri (2,768 mlrd. manat) avqust ayında istehsal edilmiş məhsulun dəyərinə (2,748 mlrd. manat) bölünməklə hesablanıb. İndeksin hesablama metodologiyasına əsasən, onun 100%-dən yüksək olması sentyabrda sənaye istehsalında artımı əks etdirir.