Bank Of Baku

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə yığımların həcmi son bir ildə 23% artıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə yığımların həcmi son bir ildə 23% artıb
# 18 oktyabr 2012 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə 20,167 mln. manat həcmində sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu sığorta növü üzrə aparılan ödənişlərin həcmi 6 dəfə artaraq 916,239 min manata çatıb.

Aparılan təhlilə görə, bu növ üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» və «Atəşgah Həyat» sığorta şirkətlərinin payına düşüb. Ümumiyyətlə, bu sığorta növünün bazar üzrə məcmu sığorta haqlarında payı 7,87% təşkil edib.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası ilə bağlı xidmətləri «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR