Bank Of Baku

Azərbaycanda problemli kreditlərin həcmi 24% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 24% artıb
# 18 oktyabr 2012 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il sentyabr ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artaraq 11,2 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 34%-i dövlət, 63,2%-i özəl banklar, 2,8%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Hesabat dövründə uzunmüddətli kreditlərin həcmi 8 097,0 mln. manat, qısamüddətli kreditlərin həcmi 3 060,8 mln. manat, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 731,7 mln. manat təşkil edib.

Ötən ilin analoji dövrünə nisbətən uzunmüddətli kreditləşmə 25,4%, vaxtı keçmiş kreditlərin həcmi 23,5% artıb, qısamüddətli kreditləşmə isə 0,3% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR