Bank Of Baku

Azərbaycanda daha üç kredit ittifaqı bağlanıb

Azərbaycanda daha üç kredit ittifaqı bağlanıb
# 18 oktyabr 2012 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən üç kredit ittifaqı – «Sahibkarlar» (Beyləqan), «Astara» və «İmpuls» (Bakı) kredit ittifaqlarının lisenziyaları ləğv edilib. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyası İdarə Heyətinin sədri Ayaz Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, kredit ittifaqlarının lisenziyalarının ləğv edilməsinə səbəb ittifaqların maliyyə hesabatlarında ciddi nöqsanlar, həmçinin AMB-yə dövrü hesabatların təqdim edilməməsi olub: «Bu ittifaqlarının lisenziyalarının ləğv edilməsi ilə bağlı AKİA-nın İdarə Heyətinin bu gün keçirilən iclasında hər üç kredit ittifaqı qurumun üzvlüyündən çıxarılacaq. Bununla da quruma üzv olan ittifaqların sayı azalaraq 86-ya düşəcək».

Bir müddət qabaq A.Quliyev Naxçıvanda fəaliyyət göstərən kredit ittifaqlarının üzvlük haqqı ödəməməsi ilə bağlı AKİA-nın üzvlüyündən kənarlaşdırılacağını bildirsə də, sədr bu gün keçirilən iclasda Naxçıvandakı kredit ittifaqlarına güzəşt olunacağını qeyd edib: «Həmin təşkilatlar donorlardan vəsait cəlb etmədiyinə görə, onlar qurumun üzvü olaraq fəaliyyətlərini davam etdirəcək».

Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən «Bərəkət», «Cavid», «Arzu», «Savalan» və «Ney» kredit ittifaqları 2004-cü ilindən həyata keçirilən və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Kənd təsərrüfatının inkişafı və kreditləşməsi Layihəsi»nin «Kənd yerlərinin maliyyələşdirilməsi» komponentindən (bu komponenti «İcraçı Kredit Agentliyi» MMC bank olmayan kredit təşkilatı icra edib) kənarda qaldıqları üçün AKİA-ya üzvlük haqqını ödəmək niyyətində deyil.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR