Bank Of Baku

Lənkəranda vergi ödəyiciləri ilə görüş keçirilib

Lənkəranda vergi ödəyiciləri ilə görüş keçirilib
# 18 oktyabr 2012 15:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində yerli sahibkarlar və vergi ödəyiciləri ilə görüş keçirilib.

APA-nın Cənub bürosunun məlumatına görə, 50-dək sahibkarın qatıldığı tədbirdə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, onlar arasında maarifləndirmə işlərinin aparılması məsələləri müzakirə olunub.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinin göndərdiyi bəyannamələrin 90%-nin elektron şəklində qəbul edildiyini, keçən il dövlət büdcəsinə daxilolmaların 35%-nin vergi ödəyicilərinin payına düşdüyünü xüsusi qeyd edib. Onun sözlərinə görə, Vergilər Nazirliyinin başlıca məqsədi məcburi vergi ödəmələrindən könüllü vergi ödəmələrinə keçməkdən ibarətdir. Bunun üçün əhali arasında təbliğat işlərinin aparılması çox vacibdir.

Tədbirdə həmçinin Vergilər Nazirliyi tərəfindən 50-yə yaxın elektron xidmətin göstərildiyi, bunun da sayəsində sahibkarların, vergi ödəyicilərinin vaxt itkisinə yol vermədən öz ödəmələrini operativ həyata keçirmək imkanı qazandıqları diqqətə çatdırılıb.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR