Bank Of Baku

Azərbaycanın daşınmaz əmlak sığortası bazarı artıb

Azərbaycanın daşınmaz əmlak sığortası bazarı artıb
# 19 oktyabr 2012 10:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 24,479 mln. manatlıq sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya əsasən, könüllü əmlak sığortasına görə, ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (24,013 mln. manat) növü üzrə toplanılıb ki, bu da məcmu əmlak sığorta üzrə yığımların (32,433 mln. manat) 74%-ni, könüllü əmlak sığortası üzrə daxilolmaların isə 98%-ni təşkil edib.

Həmçinin, hesabat dövründə könüllü əmlak sığortası üzrə sığorta hadisələrinə görə aparılan ödənişlərin həcmi 16% azalaraq 1,818 mln. manat olub.

Bununla yanaşı, car ilin yanvar-sentyabr aylarında icbari əmlak sığortası üzrə 7,954 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bunun da 7,723 mln. manatı «Daşınmaz əmlakın icbari sığortası», 231,796 min manatı isə «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növlərinin payına düşüb. Qeyd edək ki, icbari əmlak sığortası üzrə yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27% çox olub. Ödənişlərin həcmi isə təxminən 2,2 dəfə artaraq 923,404 min manat təşkil edib.

Bu müddət ərzində bazar üzrə əmlak sığortası (icbari və könüllü) növləri üzrə ümumilikdə 32,433 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13% çox olub. Bununla yanaşı, son bir ildə əmlak sığortası ilə bağlı aparılan ödənişlərin ümumi həcmi 6,1% artaraq 2,741 mln. manata çatıb.

Xatırladaq ki, 2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 256,326 mln. manat, ödənişlər isə 67,650 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR