Bank Of Baku

«NBC Bank»da fiziki şəxslərin əmanətləri iki dəfə artıb

«NBC Bank»da fiziki şəxslərin əmanətləri iki dəfə artıb
# 19 oktyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivləri 2012-ci ilin oktyabrın 1-nə 82,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 38% artaraq 69,1 mln. manata, fiziki şəxslərin əmanətləri isə iki dəfə artaraq 35,5 mln. manata çatıb.

Qeyd edək ki, «NBC Bank» dekabr ayının 1992-ci ildə «Ruzu» Səhmdar Kommersiya Bankı kimi qeydiyyatdan keçib. 2002-ci ilin yanvar ayında bankın brendi «NBC Bank»a dəyişib. Bankın Bakı şəhərində 7 və regionlarda 4 (Sumqayıt, Gəncə, Şəki və Lənkəran) filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR