Bank Of Baku

«Unibank»«Albalı» kartlarının on-line və pulsuz sifarişini təşkil edib

«Unibank»«Albalı» kartlarının on-line və pulsuz sifarişini təşkil edib
# 19 oktyabr 2012 15:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Unibank»ın faizsiz kredit xətti ilə xüsusi bonuslar qazanmaq imkanı verən «Albalı» kartlarını www.albali.az saytına daxil olmaqla əldə etmək olar.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kart artıq özünə minlərlə müştəri qazanıb. Heç bir komissiya haqqı ödənilmədən, illik faiz dərəcəsi 0% olan «Albalı» taksit kartları müştərilərə tamamilə pulsuz olaraq təqdim olunur.

«Albalı» kartı sayəsində «Unibank»ın tərəfdaşları olan ticarət və xidmət mərkəzlərindən istənilən məhsulu alaraq dəyərini aylar üzrə hissə-hissə (12 ayadək) ödəmək mümkündür. Ən əsası isə «Albalı» kartı ilə partnyor şəbəkəsində aparılan əksər əməliyyatlardan müəyyən bir faiz müştərilərə bonus kimi qaytarılır.

Üç il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən «Albalı» kartı bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir. Kart çərçivəsində həyata keçirilən kampaniyalar haqqında bütün məlumatları albali.az saytından öyrənmək mümkündür.

«Albalı» kartı ilə kommunal, telefon, internet, kabel televiziyası və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmaq mümkündür. Ödəmələri daha da asanlaşdırmaq üçün «Unibank» «Hesab.az» ödəmələr portalı ilə birgə aksiyaya da start verib. Üstəlik, bu ödəmələri həyata keçirdiyinizə görə müştəriyə bonus da verilir. Digər kartlardan fərqli olaraq, «Albalı» kartlılar hesab.az-da da 5 qat bonus qazanırlar.

«Albalı» kartını istifadə edə biləcəyiniz bütün ticarət obyektlərinin - bankın tərəfdaşlarının siyahısı albali.az saytında verilib. Saytın partnyorluq üçün bölümü öz ticarətlərini «Albalı» kartı ilə genişləndirmək istəyənlər üçün birbaşa müraciət etmək imkanı qazandırır. Ayrı-ayrı şəxslər də «Albalı» kartını sayt vasitəsilə sifariş edə bilərlər. Bunun üçün sadəcə sorğu cədvəlini doldurmaq kifayətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR