Bakıda İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun iclası keçirilir
07 noyabr 2012 10:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun ikinci iclası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə İƏT-ə üzv ölkələrin, bir sıra dövlət qurumları və ali təhsil müəssisələrinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
İclası giriş sözü ilə açan Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı uğurlar barədə məlumat verib. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İƏT-lə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdıran N.Səfərov qurumun üzv ölkələrdə ticarət və investisiya mühitinin inkişafı, iş adamları arasında əlaqələrin genişləndirilməsi və sosial-iqtisadi tədqiqatların aparılması sahəsində əhəmiyyətli rol oynadığını, həmçinin Azərbaycan və İƏT arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini qeyd edib.
Azərbaycanın bu ildən başlayaraq 2015-ci ilədək İƏT-də sədrlik edəcəyini vurğulayan nazir müavini bunun digər dövlətlərlə mövcud olan əlaqələrin genişləndirilməsində xüsusi rol oynayacağını bildirib.
Tədbirdə İƏT-in İqtisadi tədqiqatlar, statistika və layihələr Departamentinin direktoru xanım Bayan Adilbekova ölkənin dinamik iqtisadi inkişafından və İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun ikinci iclasının Bakıda keçirilməsindən məmnunluğunu bildirib. B.Adilbekova bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcəyini qeyd edib.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev isə çıxışında İƏT-in və İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun sosial-iqtisadi sahədə apardığı araşdırmaların üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafında və birgə layihələrin həyata keçirilməsində əhəmiyyətini qeyd edib.
Tədbirdə həmçinin üzv ölkələrin sosial-iqtisadi tədqiqatların aparılması sahəsindəki təcrübələrlə bağlı məruzələr dinlənilib, gündəlikdə olan digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, tədbirin ikinci günü İƏT-in «İqtisadiyyat» jurnalının redaksiya heyətinin iclası da keçiriləcək.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024