Bank Of Baku

Kanadada dövriyyəyə plastik 20 dollarlıq əsginas buraxılıb

Kanadada dövriyyəyə plastik 20 dollarlıq əsginas buraxılıb
# 08 noyabr 2012 09:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Kanadada dövriyyəyə polimer materialdan hazırlanmış 20 dollarlıq pullar buraxılıb. «APA-Economics»in məlumatına görə, Kanada Bankı bəyan edib ki, bu əsginaslar fiziklərin, kimyaçıların, mühəndislərin və digər mütəxəssislərin əməkdaşlığının nəticəsidir. Yeni pulları saxtalaşdırmadan onun üzərindəki holoqram və mikro-möhür qoruyur.

Rəsmi məlumatlara görə, polimer əsginasların çapı kağız pullara nisbətən 2 dəfə baha başa gəlir. Kağız pulların biri 10 sentə çap olunduğu halda, plastik pullar 19 sentə başa gəlir. Amma onların istifadə müddəti 4 dəfə artıqdır ki, bu da çap xərclərinə ümumilikdə 200 mln. dollar qənaət deməkdir.

Qeyd edək ki, Kanadada plastik 100 dollarlıqlar 2011-ci ilin noyabrından, 50 dollarlıqlar isə 2012-ci ilin martından dövriyyədədir. Gələn ilin sonunadək isə 5 və 10 dollarlıq pullar da plastik variantda buraxılacaq.

Polimer əsginaslar artıq bir sıra ölkələrdə – Avstraliya, Yeni Zelandiya, Rumıniya və Meksikada dövriyyəyədir və ekspertlərin fikrincə, onların buraxılması saxta pul nişanlarını kəskin azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR