Bank Of Baku

«Access Bank»a yeni sədr təyin olunub

«Access Bank»a yeni sədr təyin olunub
# 08 noyabr 2012 11:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin İdarə Heyətinə yeni sədr təyin olunub. «APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə yeni sədrin adı açıqlanıb.

Bildirilib ki, İdarə Heyətinin sədri vəzifəsinə əvvəllər Avropa Yenidənqurma və İnkişaf Bankında çalışmış (AYİB) Mixael Hofman (Michael Hoffmann) təyin edilib.

M.Hofman 2005-ci ildən 2012-ci ilədək AYİB-də çalışıb və 2007-ci ilin iyul ayında Rusiyanın Samara şəhərində təsis edilən AYİB-in Volqayanı Federal Əyalətindəki ofisinə rəhbərlik edib. Ofisin rəhbəri qismində M.Hofman iri korporasiyaları, özəl sektor müştərilərini və regional bankları əhatə edən yeni biznes sahələrinin inkişafına görə məsuliyyət daşıyıb.

Qeyd edək ki, M.Hofmandan qabaq bu vəzifəni Endryu Pospielovski icra edib.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR