Bank Of Baku

İcbari Sığorta Bürosu 11 tələb üzrə sığorta ödənişindən imtina edib

İcbari Sığorta Bürosu 11 tələb üzrə sığorta ödənişindən imtina edib
# 08 noyabr 2012 13:51 (UTC +04:00)
Bakı. Elnur HÜseynquluyev – APA-Economics. İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsilə qeydiyyata alınmış sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi həcmi (büro fəaliyyətə başladığı dövrdən) 3,8 mln. manata çatıb.

İSB-dən «APA-Economics»ə verilən məlumata görə, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi»ndə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 2 646 sığorta tələbi qeydiyyata alınıb.

Qeydiyyata alınmış sığorta tələblərindən 2 359-u üzrə sığorta ödənişləri həyata keçirilib, 11 sığorta tələbi üzrə sığorta ödənişi verilməsindən imtina olunub, 276 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.

Xatırladaq ki, Büro 2011-ci ilin sonundan fəaliyyət göstərir. Büroya «Paşa Sığorta», «Atəşgah Sığorta», «Standard Insurance», «AtaSığorta», «Xalq Sığorta», «AXA-Mbask», «AzSığorta», «Alfa Sığorta» «Azərsığorta» Dövlət Sığorta Şirkəti, «Meqa Sığorta», «İpək Yolu Sığorta» və «Azərbaycan Sənaye Sığorta» şirkətləri üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR