Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 47% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 47% artıb
# 08 noyabr 2012 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 149 xarici dövlətlə ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, statistik məlumatlara əsasən, xarici ticarət dövriyyəsi 32,5 mlrd. ABŞ dolları təşkil edib, onun 6,8 mlrd. dolları idxalın, 25,7 mlrd. dolları ixracın payına düşüb və nəticədə 18,9 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 22,2%, o cümlədən ixrac 30,4% artıb, idxal 1,4% azalıb, müsbət saldo ötən ilin göstəricisini 46,5% üstələyib.

Hesabat dövründə qeyri-neft məhsullarının ixracı 1 097,3 mln. dollar dəyərində olub ki, bu da 2011-ci ilin yanvar-sentyabr aylarına nisbətən 6,4% çoxdur.

«Xarici ticarət əməliyyatlarının 84%-i İtaliya, ABŞ, İsrail, Rusiya, Türkiyə, Almaniya, İndoneziya, Hindistan, Fransa, Çin, Böyük Britaniya, Çexiya, Tayvan (Çinin əyaləti), Yunanıstan, Gürcüstan, Bolqarıstan, Ukrayna, İraq və Malayziya, qalan 16%-i isə digər ölkələrlə aparılıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR