Bank Of Baku

Azərbaycanda pərakəndə ticarətin həcmi 9% artıb

Azərbaycanda pərakəndə ticarətin həcmi 9% artıb
# 10 noyabr 2012 09:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev-APA-Economics. Azərbaycan yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 14 mlrd. manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4% çox istehlak malları satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, satılmış ərzaq məhsullarının həcmi 1,9% artaraq 7,8 mlrd. manata, qeyri-ərzaq mallarının həcmi 20,5% artaraq 6,2 mlrd. manata bərabər olub.
Ötən ilin 10 ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,7%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,1 faiz təşkil edib.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları alıb.

Qeyd edək ki, makroiqtisadi baxımından pərakəndə ticarətin tərkibində ərzağın payının azalması müsbət göstəricidir, çünki əhali tərəfindən gəlirlərinin əsasən ərzağın alınmasına yönəldilməsi əhalinin yığım qabiliyyətinin və uzunmüddətli istifadə olunan malların alınma qabiliyyətinin aşağı səviyyədə olmasını əks etdirir. Dünya praktikasına əsasən, ölkə əhalisinin pərakəndə xərclərinin təxminən 56 faizinin ərzağın alınmasına yönəldilməsi yaxşı göstərici kimi hesab oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR