2023-cü il icmal büdcənin gəlir və xərcləri açıqlanıb.
APA xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, 2023-cü ildə icmal büdcənin gəlirləri 32939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozuna nəzərən 3721,5 milyon manat və ya 10,2 faiz azalma deməkdir.
İcmal büdcə xərcləri isə növbəti ildə 37883,0 milyon manat proqnozlaşdırılıb ki, bu da ÜDM-nin 35,8 faizini təşkil edir. İcmal büdcənin xərcləri 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2342,1 milyon manat və ya 6,6 faiz çoxdur. 2023-cü il üzrə icmal büdcədə 4943,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.