2024-ci ildə Azərbaycanda ÜDM-in 121 mlrd. manatdan çox olacağı proqnozlaşdırılıb

2024-ci ildə Azərbaycanda ÜDM-in 121 mlrd. manatdan çox olacağı proqnozlaşdırılıb
# 24 may 2024 22:47 (UTC +04:00)

Bu il Azərbaycanda ÜDM-in 121 mlrd. manatdan çox olacağı proqnozlaşdırılıb.

APA-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Əlavə edilib ki, yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR