Bank Of Baku

ABŞ aviaşirkətləri 32 min işçini ixtisar edəcək

ABŞ aviaşirkətləri 32 min işçini ixtisar edəcək
# 01 oktyabr 2020 17:41 (UTC +04:00)

ABŞ-ın "American Airlines" və "United Airlines" aviaşirkətləri işçilərin kütləvi ixtisarını etmək niyyətindədir. Ümumilikdə, 32 min nəfər işsiz qala bilər.

"APA-Economics"in "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, aviadaşıyıcılar tərəfindən bununla bağlı qərar qanunvericilər və Ağ Evin yeni stimullaşdırıcı paket üzrə (əvvəlki paketin müddəti oktyabrın 1-də bitir) razılığa gəlməməsi səbəbindən verilib.

Qeyd edək ki, oktyabrın 1-də ABŞ aviaşirkətləri üçün kütləvi işdən çıxarılma qadağasının müddəti bitib – bu, əvvəlki 25 mlrd. dollarlıq yardım paketinin bir hissəsi idi. ABŞ səlahiyyətliləri yeni paket üzrə razılığa gələ bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR