Bank Of Baku

AİB: Azərbaycanda sosial müavinət alanların sayı azalıb

AİB: Azərbaycanda sosial müavinət alanların sayı azalıb
# 14 sentyabr 2020 11:55 (UTC +04:00)

Ötən il Azərbaycanda ən azı bir sosial müavinətlə əhatə olunan insanların ümumi əhalinin sayında payı 31,5% təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında deyilir.

Qeyd olunub ki, bu göstərici 2016-cı illə müqayisədə 8,8 faiz bəndi azdır. Pensiya yaşına çatan əhalinin pensiya alma nisbəti isə 100% olub.

Xatırladaq ki, ən azı bir sosial müavinətlə əhatə olunan insanların ümumi əhalinin sayında payı üzrə Asiyada ən yüksək göstəriciyə malik olan ölkələr Kuk adaları (86,3%), Monqolustan (85%) və Çindir (78,5%). Ən aşağı göstəricilər isə Laos (0,4%), Solomon adaları (1,1%) və Myanma (1,6%) olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR