Bank Of Baku

“Aqrarkredit” 2004-cü ildən indiyədək 350,0 mln. manatdan artıq kredit verib

“Aqrarkredit”  2004-cü ildən indiyədək 350,0 mln. manatdan artıq kredit verib
# 29 iyul 2020 11:08 (UTC +04:00)

“Aqrarkredit” QSC tərəfindən 2020-ci ilin I yarımilliyində öz vəsaitləri, eləcə də “Sahibkarlığın İnkişafı Fondu”, “Aqrar Kredit və İnkişaf Agentliyi” vəsaitləri hesabına 482 sahibkarlıq subyektinə 12,1 mln. manat məbləğində kredit verilib.

APA-Economics”in Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən verdiyi xəbərə görə, “Aqrarkredit” QSC-nin 30 iyun 2020-ci il tarixinə kredit portfeli 5765 sahibkarlıq subyekti üzrə 87,2 mln. manat təşkil edib.

Ümumilikdə 2004-cü ildən indiyədək “Aqrarkredit” QSC tərəfindən 33 mindən çox hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına 350,0 mln. manatdan artıq kredit verilib ki, bu da təxminən 25 min yeni iş yerlərinin açılması, eyni zamanda kənd təsərrüfatında çalışan insanların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması deməkdir.

“Aqrarkredit” QSC 2020-ci ilin I yarımilliyi üzrə fəaliyyətini mənfəətlə başa vurub. 30 iyun 2020-ci il tarixinə Kredit Təşkilatının aktivləri 12423,9 mln. manat, öhdəlikləri 12393,2 mln. manat, məcmu kapitalı 30,7 mln. manat, nizamnamə kapitalı 22,7 mln. manat təşkil edib.

“Aqrarkredit” QSC-nin məqsədlərindən biri də ixrac yönümlü kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə və kredit vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə dəstək olmaq və ölkəmizin ixrac potensialının artırılmasına, ölkəyə xarici valyuta gətirməklə valyuta ehtiyatının artırılmasına töhfə verməkdir.

Məlumatda bildirlir ki, “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) cari ilin I yarımilliyində kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarıq subyektlərinə respublikanın bütün ərazisini əhatə edən 12 regional filialı vasitəsilə kredit xidməti göstərərək kənd təsərrüfatı və emal sahələrinin maliyyələşdirilməsində aktiv rol oynayıb.

“Aqrarkredit” QSC-nin əsas hədəf auditoriyası respublikanın regionları, xüsusilə də kənd yerlərində fəaliyyət göstərdiyinə görə “Aqrarkredit” QSC tərəfindən ölkənin 64 şəhər və rayonunun 1500 yaşayış məntəqəsində (kənd və qəsəbə) hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR