Bu ilin yanvar-avqust aylarında “Azexport.az” portalına 429,4 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.
2020-ci ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 mln. ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 4,2% çox, bu ilin iyul ayı ilə müqayisədə isə 0,2% azdır.
Ümumilikdə, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 avqust tarixinədək (44 ay ərzində) “Azexport” portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,14 mlrd. dollar təşkil edib.