Bank Of Baku

Azərbaycan bu il avtomobil yanacağının satışından 1,1 mlrd. manatdan çox gəlir əldə edib

Azərbaycan bu il avtomobil yanacağının satışından 1,1 mlrd. manatdan çox gəlir əldə edib
# 21 avqust 2020 16:54 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil benzini və dizel yanacağından əldə etdiyi gəlir 1 151,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 0,3% azalıb. Təkcə ötən ay əhali avtomobil yanacağına 163,8 mln. manat xərcləyib ki, bu da iyun ayı ilə müqayisədə 9,4% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR