Bu ilin yanvar-avqust aylarında Azərbaycan dövlәt büdcәsinin gәlirlәri 15 954,7 mln. manat, xәrclәri isə 16 356,2 mln. manat tәşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, büdcәnin icrasında 401,5 mln. manatlıq vә ya ÜDM-in 0,9%-i qәdәr kәsir yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 7,7%, xərcləri 11,2% artıb.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında 98,1 mln. manatlıq profisit yaranmışdı.