İran və Azərbaycan arasında tərcihli ticarət sazişinin imzalanmasına dair ekspert səviyyəsində danışıqların ilk mərhələsi keçirilib.
"APA-Economics"in IRNA-ya istinadən verdiyi məlumata görə, hər iki tərəfdən Xarici İşlər nazirliklərinin nümayəndələrinin və iqtisadçıların qatıldığı onlayn görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirməsi, o cümlədən tərcihli ticarət sazişinin imzalanması və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanacaq sazişin mətninin hazırlanması üçün yaxın gələcəkdə danışıqların növbəti mərhələsi keçiriləcək.