Bank Of Baku

Azərbaycanda bank işçilərinin sayı ilin əvvəlindən 5% azalıb

Azərbaycanda bank işçilərinin sayı ilin əvvəlindən 5% azalıb
# 26 avqust 2020 14:27 (UTC +04:00)

Azərbaycanda bank işçilərinin sayı cari il avqustun 1-nə 18 478 nəfər təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank işçilərinin sayında ilin əvvəlinə nisbətən 982 nəfər və ya 5% azalma müşahidə olunub.

Bildirək ki, azalma əsasən lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Qeyd edək ki, bu il 4 bank bağlanıb və nəticədə, cari il avqustun 1-nə ölkədə fəaliyyət göstərən bankların sayı 26-ya (2 dövlət bankı) enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR