Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 25,6 mlrd. manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,3% azalıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 7% azalaraq 24,7 mlrd. manata bərabər olub ki, onun 48,4%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
"Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 367,4 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 20,3 manat az vəsait xərcləyib", - deyə Komitədən bildirilib.