Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% azalaraq 3843,5 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2903,6 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5%-ni təşkil edib.
Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 385,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 109,2 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.