Bank Of Baku

Azərbaycanda illik inflyasiya 2,9% səviyyəsində qalıb

Azərbaycanda illik inflyasiya 2,9% səviyyəsində qalıb
# 10 sentyabr 2020 12:09 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün

məmulatları üzrə 105,3%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin avqust ayına nisbətən 102,8% təşkil edib.

2020-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5%, əvvəlki ilin avqust ayına nisbətən 104,9% təşkil edib.

"Ötən ay həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100%, əvvəlki ilin avqust ayına nisbətən isə müvafiq olaraq 101,4% və 101,1% olub", - deyə Komitədən bildirilib.

Xatırladaq ki, Azərbaycanda yanvar-iyulda inflyasiyanın səviyyəsi 2,9% olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR