Bank Of Baku

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 73,3 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 73,3 mln. dollar cəlb edib
# 17 sentyabr 2020 12:39 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 73,3 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (15 sentyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 34,7% artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR