Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 64 709,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9%, neft-qaz sektorunda isə 6,5% azalıb.
ÜDM istehsalının 34%-i sənaye, 11,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6485,7 manata bərabər olub.