Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 474 034 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% azdır.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk yeddi ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 9 652 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% azdır.
İdxalın həcmi isə 464 382 min dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17,5% azalıb.
Nəticədə, hesabat dövründə 454 730 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 17,5% azdır.