BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib
# 16 sentyabr 2020 12:41 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101283S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli, qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 18 investor tərəfindən qiymət 99,5158 manat (6,26%) olan 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 643 615 300 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 manat (6,26%), orta ölçülmüş qiyməti 99,5158 manat (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 14 oktyabr 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR