Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017780 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
"APA-Economics"in birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 92,5067 AZN (12,0501%) və 100,7775 (8,6999%) olan 17 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97,4871 (9,9900%), orta ölçülmüş qiyməti 97,7505 (9,8847%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75 490 300 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 5 sentyabr 2023-cü ildir.
Hərrac iştirakçıları 9 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50%-dək artırıla bilər.