Ötən il Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə real ifadədə 4% artaraq 6 064,6 mln. manat təşkil edib.
Bakı Statistika İdarəsində "APA-Economics"ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3 800,3 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 62,7%-i təşkil edib.