Bank Of Baku

FT: Fransadakı etirazlar hökumətin böhranı idarə etməkdə çətinliklərini üzə çıxarıb

FT: Fransadakı etirazlar hökumətin böhranı idarə etməkdə çətinliklərini üzə çıxarıb
# 20 oktyabr 2026 00:56 (UTC +04:00)

Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar ölkə hakimiyyətinin ictimai narazılığın qarşısını almaqda ciddi çətinliklərlə üzləşdiyini göstərib.

Bu barədə “Financial Times” nəşrinin Fransadakı son hadisələrə həsr olunmuş təhlilində bildirilib.

Məqalə müəlliflərinin fikrincə, hökumət oktyabrın 17-də keçirilən nümayişlərin miqyasını düzgün qiymətləndirməyib və böhrana qarşı ardıcıl tədbirlər həyata keçirə bilməyib.

Nəşr qeyd edir ki, küçə zorakılıqları dövlət qurumlarına ictimai etimadı zəiflədir, biznes mühitinə mənfi təsir göstərir və Fransanın beynəlxalq nüfuzuna zərbə vurur.

“Financial Times” Fransanın Limoges şəhərində XIX əsrə aid meriya binasının iğtişaşlar zamanı yandırılmasını Prezident Emmanuel Makronun nüfuzunun zəifləməsinin simvolik göstəricisi kimi qiymətləndirib.

Məqalədə hazırkı etirazlarla 2018-ci ildəki “Sarı jiletlilər” hərəkatı arasında fərqlərə də diqqət çəkilib.

Bildirilib ki, həmin dövrdə Makron administrasiyası ictimai narazılığı azaltmaq üçün 11 milyard avro vəsait ayıra bilmişdi.

Nəşrin qiymətləndirməsinə görə, hazırda Fransa büdcəsinin imkanları daha məhduddur və hökumətin oxşar maliyyə tədbirlərinə əl atması çətinləşib.

Müəlliflər hesab edirlər ki, davam edən etirazlar Fransada yığılıb qalmış sosial və iqtisadi problemləri daha aydın şəkildə üzə çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR