Bank Of Baku

"BirBank"dan Visa kartları ilə 25 manat qazanmaq kampaniyasının müddəti uzadılıb

"BirBank"dan Visa kartları ilə 25 manat qazanmaq kampaniyasının müddəti uzadılıb
# 28 avqust 2020 11:13 (UTC +04:00)

"Kapital Bank"ın 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan "BirBank" mobil tətbiqində "Kapital Bank"ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün olub. Bu aksiya "Kapital Bank"ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.

10 avqust tarixində bitən kampaniyanın müddəti 10 sentyabr 2020-ci il tarixinədək uzadılıb. Şərtlərə görə, Visa kartları ilə hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana bilirlər. Kampaniya müddətində hər Visa kart sahibi ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər.

Qeyd edək ki, Android istifadəçiləri "Kapital Bank"ın "BirBank" mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir "Kapital Bank"ın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonusların toplanılması və s.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR