2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 520,5 mln. manat məbləğində olacağı proqnozlaşdırılır.
APA-nın məlumatına görə, bu, 2021-ci il və orta müddətli dövr üçün büdcə göstəricilərində əksini tapıb.
Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanma, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq.
Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində, xərcləri 25 847,5 mln. manat məbləğində olacağı proqnozlaşdırılır.