Azərbaycanın dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2 351,8 mln. manat məbləğində vəsait nəzərdə tutulub.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.
Qeyd olunan vəsaitin 1 787,3 mln. manat məbləğində hissəsi birbaşa xarici dövlət borcuna xidmət xərclərinə, 417,4 mln. manat məbləğində hissəsi bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərin təmin olunmasına, yerdə qalan 147 mln. manat məbləğində hissəsi isə daxili dövlət borcuna xidmət xərclərinə yönəldiləcək.
Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində mövcud kredit müqavilələri üzrə 2021-ci il ərzində 609,5 mln. manat məbləğində vəsaitin istifadə olunması nəzərdə tutulur.