Bank Of Baku

Gürcüstan iqtisadiyyatı bu il 5% azalacaq

Gürcüstan iqtisadiyyatı bu il 5% azalacaq
# 01 oktyabr 2020 16:35 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il COVID-19 pandemiyası ilə bağlı Gürcüstan iqtisadiyyatının əsas lokomotivi sayılan turizm sektorunun çökməsi səbəbindən ölkədə ÜDM-in 5% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in bankın "Regional Economic Prospects" adlı hesabatının sentyabr buraxılışına istinadən verdiyi məlumata görə, gələn il ölkə iqtisadiyyatının bərpa olaraq 3,5% artması gözlənilir. Bankın bu ilə verilən proqnozu may ayının proqnozundan 0,5 faiz bəndi çoxdur. Gələn il üzrə proqnoz isə may ayının gözləntisinə nisbətən 2 faiz bəndi azaldılıb.

AYİB qeyd edir ki, Gürcüstan iqtisadiyyatının bərpa sürəti əsasən turizm sektorundan asılıdır. Bank Gürcüstan iqtisadiyyatını nəzərdən keçirərək bildirir ki, ölkənin beynəlxalq ehtiyatları artaraq BVF-nin proqramı çərçivəsində olan ödənişlər və rəsmi maliyyələşdirmə də daxil olmaqla avqust ayının sonuna tarixi maksimuma – 3,9 mlrd. ABŞ dollarına yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR