Bank Of Baku

Gürcüstanın builki siqaret ixracının 60%-i Azərbaycanın payına düşüb

Gürcüstanın builki siqaret ixracının 60%-i Azərbaycanın payına düşüb
# 28 noyabr 2019 12:45 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 1 705 038 min ədəd siqaret ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi siqaretin ümumi dəyəri 29 825,6 min ABŞ dolları təşkil edib. 

Gürcüstanın siqaret ixracı illik müqayisədə 57,4% azalaraq 49 939,4 dolları təşkil edib və ümumi ixracın 1,6%-nə bərabər olub.

Hesabat dövründə Gürcüstanın siqaret ixracının 59,7%-i Azərbaycanın payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR