Bu ilin yanvar-avqust aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 661,44 mln. manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,1% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin səkkiz ayında əsas kapitala yönəldilən vəsaitin 634,68 mln. manatdan çoxu və ya 96%-i tikinti-quraşdırma işlərinin payına düşüb.