Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi ötən il aşağı düşüb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, dekabrda manatla depozitlər üzrə orta faiz 0,04 faiz bəndi azalaraq 9,27%, xarici valyutada isə 0,09 faiz bəndi azalaraq 1,93% təşkil edib.
Hesabata əsasən, 2020-ci ilin yanvarın 1-nə fiziki şəxslərin manat depozitlərində orta faiz dərəcəsi 9,68%-ə, xarici valyutada yerləşdirilən əmanətləri üzrə isə 2,4%-ə enib.
Bu müddətdə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,18%-dən 13,92%-ə, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,16%-dən 5,9%-ə enib.
Hesabata əsasən, fiziki şəxslərə xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsində 0,86% azalaraq 8,01%-ə, manatla kreditlər isə 0,33% azalaraq 16,63% olub.
Qeyd edək ki, ilin əvvəlindən fiziki şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsində kəskin azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-nə bu kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi 14,67% təşkil edib.
AMB-nin məlumatına görə, manatla verilmiş banklararası kreditlərin orta faiz dərəcəsi dekabr ayı ərzində 0,19% bəndi azalaraq bu ilin yanvar ayının 1-nə 8,97%-ə enib. Xarici valyutada isə bu kreditlərin orta faiz dərəcəsi 0,27% bəndi yüksələrək 3,67%-ə çatıb.