Bank Of Baku

Rusiya 2022-ci ildə dünyanın ən böyük beş iqtisadiyyatından biri olacaq - PROQNOZ

Rusiya 2022-ci ildə dünyanın ən böyük beş iqtisadiyyatından biri olacaq - PROQNOZ
# 03 fevral 2020 12:36 (UTC +04:00)

Rusiya ÜDM göstəricisi üzrə Almaniyanı qabaqlayacaq və 2022-ci ildə dünyanın ən böyük beş iqtisadiyyatından biri olacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə  Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin yeni proqnozunda deyilir. 

Proqnoza əsasən, Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, Rusiya hazırda alıcılıq qabiliyyəti pariteti (PPP) baxımından ÜDM-in həcminə görə dünyada 6-cı yeri tutur. Əvvəlki proqnoza görə, Rusiyanın dünyanın ən böyük iqtisadiyyatı siyahısında 6-cı yerdən 5-ci yerə keçmənin 2023-cü ildə baş verəcəyi ehtimal olunurdu.

"İqtisadi artımının sürətlənməsi Rusiyaya alıcılıq qabiliyyəti pariteti üzrə ÜDM-in həcminə görə Almaniyanı geridə qoymağa və 2022-ci ildən başlayaraq dünyanın ən böyük iqtisadiyyatı siyahısında 5-ci yeri tutmağa imkan verəcək", - məlumatda qeyd edilir.

Nazirliyin proqnozuna əsasən, 2021-2022-ci illərdə Rusiyanın ÜDM-i 3,1-3,2%-dək artacağı (2020-ci ildə – 1,9%), 2023-2024-cü illərdə isə artım 3,3% təşkil edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR