Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın əsas ixrac məhsulu sayılan "Urals" neftinin bir barelinin orta qiyməti 40,81 ABŞ dolları təşkil edib. Halbuki ötən ilin analoji dövründə orta qiymət 63,53 dollara bərabər olub.
"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, oktyabrda "Urals"ın orta qiyməti sentyabra nisbətən 0,9%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 30,4% azalaraq 40,53 dollar təşkil edib.