“Dövlət şirkətlərinin özəlləşdirilməsi ilə mövcud problemlər həll olunmur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu sahədə islahatlara ehtiyac var: “Bu məsələ hökumətin diqqət mərkəzindədir”.