"S&P" Azərbaycanın bank sektorunu qiymətləndirib

"S&P" Azərbaycanın bank sektorunu qiymətləndirib
# 26 oktyabr 2020 10:37 (UTC +04:00)

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan əhalisinin əmanətlərini xarici valyutaya çevirməsi və dollar depozitlərinin çıxarılmasının sürətlənməsi baş verdiyi halda, bank sektorundakı xarici valyuta likvidliyinin qısa müddət ərzində sərtləşə biləcəyini proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə reytinq agentliyinin açıqlamasında deyilir.

"Bu, xarici valyutaya artan tələbatı ödəmək üçün xərclənən vəsaitlər xarici ehtiyatların azalacağına və xarici balansın zəifləməsinə gətirib çıxara bilər", - açıqlamada deyilir. Qeyd edək ki, agentlik ölkənin xarici balansını Azərbaycanın kredit reytinqinin ("BB+/B") ən güclü tərəfi kimi təsvir edir.

Kreditlərin dollarizasiyasının 32% səviyyəsində proqnozlaşdıran agentlik, valyuta məzənnəsi rejiminə qarşı yarana biləcək problemlər səbəbindən maliyyə sektorunun sabitliyi üçün risklərin əhəmiyyətli dərəcədə arta biləcəyini güman edir.

"S&P"ə görə, manatın məzənnəsi volatil neft qiymətləri mühiti və Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması fonunda təzyiq altında qalır. Gözləntilərə görə, məzənnəyə paritet qaydalarına uyğun olmayan düzəlişlər makroiqtisadi mühiti destabilizasiya edib, bank sektorunda kredit risklərini artıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR