Ölkədə turizmin inkişafı ilə valyutadəyişmə prosesləri daha çevik olacaq.
APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev qanunvericilikdə gözlənilən dəyişiklikləri şərh edərkən deyib.
O bildirib ki, yeni qaydalar qeyri-iş günlərində və yaxud bankların fəaliyyət göstərmədiyi ərazilərdə valyutadəyişmə məntəqələri daha çevik fəaliyyət göstərməsinə imkan verəcək. Bu isə turizmin inkişafı üçün vacibdir.