Bu ilin ikinci rübündə ABŞ-ın ÜDM-i illik müqayisədə 0,9% azalıb.
“APA-Economics” xəbər verir ki, bu barədə ABŞ Ticarət Departamentinin cümə axşamı açıqladığı məlumata bildirilir.
Ekspertlər ABŞ ÜDM-nin illik müqayisədə 0,3% artacağını gözləyirdilər.
“Real ÜDM birinci rübdə 1,6% azaldıqdan sonra 2022-ci ilin ikinci rübündə illik nisbətdə 0,9% azalıb”, - sənəddə deyilir.
Qeyd edək ki, ABŞ-ın bir çox analitikləri iki rüblük iqtisadi tənəzzülü resesiyanın əsas əlamətlərindən biri hesab edirlər. Ağ Ev dəfələrlə bunun belə olmadığını və ABŞ iqtisadiyyatının tənəzzüldən qaçacağını bəyan edib.